...

Ölkə üzrə seçici siyahıları artıq yekunlaşmaq üzrədir

Siyasət Materials 15 May 2015 16:43 (UTC +04:00)
Azərbaycan Respublikası üzrə seçici siyahıları artıq yekunlaşmaq üzrədir.
Ölkə üzrə seçici siyahıları artıq yekunlaşmaq üzrədir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Respublikası üzrə seçici siyahıları artıq yekunlaşmaq üzrədir. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O, qeyd edib ki, bu prosesə may ayının sonuna qədər yekun vurulmalı və ölkə üzrə seçici siyahıları təsdiq edilməlidir: "Seçki dairələrinin 90 faizi seçici siyahılarını tam təqdim edib".

M.Pənahov əlavə edib ki, hansısa səbəblərdən seçici siyahısına düşə bilməyən vətəndaşların seçki günü səs verməsi üçün heç bir problem yaranmayacaq.

Onun sözlərinə görə, hər bir vətəndaşa seçkilərdə iştirak etmək imkanı yaradılacaq: "Yəni seçici siyahısına düşməyən vətəndaş qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqələrində şəxsiyyət vəsiqəsini təqdim etməklə səsvermədə iştirak edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti