...

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Siyasət Materials 2 İyun 2015 15:09 (UTC +04:00)
Zakir Həsənov iyunun 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti