...

Milli Məclisin deputatı Fransaya gedir

Siyasət Materials 2 İyun 2015 17:33 (UTC +04:00)
Millət vəkili Azay Quliyev Avropa Şurası Parlament Assambleyasının təşkilatçılığı ilə 4-5 iyun 2015-ci il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək “Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi” mövzusunda konfransda iştirak edəcək.
Milli Məclisin deputatı Fransaya gedir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Millət vəkili Azay Quliyev Avropa Şurası Parlament Assambleyasının təşkilatçılığı ilə 4-5 iyun 2015-ci il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək "Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi" mövzusunda konfransda iştirak edəcək.

Trend-in məlumatına görə, seçkilərlə bağlı keçirilən parlament konfransına altı ölkə (Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan) parlamentinin üzvləri, Avropa Şurasının digər üzv dövlətlərinin PA-dakı təmsilçiləri, seçkilərin müşahidəsini həyata keçirən QHT rəhbərləri, Venesiya Komissiyasının ekspertləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələri qatılacaq.

Konfransda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti