...

Vurğun Əyyub: Müsavatda saxta sənəd verilməsi məsələsi məhkəmə qaydasında araşdırılmalıdır

Siyasət Materials 8 İyun 2015 14:16 (UTC +04:00)
“Müsavat Partiyasında insanlara mühacirət üçün saxta sənəd verməsi haqda yayılan məlumatları nə təsdiq, nə də inkar edə bilərəm”. Bunu Trend-ə Müsavat Partiyasının keçmiş üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub deyib.
Vurğun Əyyub: Müsavatda saxta sənəd verilməsi məsələsi məhkəmə qaydasında araşdırılmalıdır

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat Partiyasında insanlara mühacirət üçün saxta sənəd verilməsi haqqında yayılan məlumatları nə təsdiq, nə də inkar edə bilərəm". Bunu Trend-ə Müsavat Partiyasının keçmiş üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub deyib.

V.Əyyub hesab edir ki, burada konkret adı çəkilən adamlar partiyanın üzərinə düşən ləkəni yumaq üçün mütləq bu işlərin məhkəmə qaydasında araşdırılmasına başlamalıdırlar: "Əgər burada böhtan varsa, böhtançı cəzasını almalıdır, həqiqət varsa, bu işdə əli olanlar cəzalandırılmalıdır. Yalnız sözlə inkar etməklə partiyanın üzərinə düşən kölgəni, onun nüfuzuna dəyən zərbəni aradan qaldırmaq mümkün deyil. Buna görə də irəli sürülən ittihamlara hüquqi cavab olmalıdır".

Qeyd edək ki, bu günlərdə Avropada olan azərbaycanlı mühacirlərdən biri - Elnur Mirzəyev adlı şəxs Müsavat Partiyasından aldığı arayışlara və vəsiqəyə görə pul ödədiyi barədə məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti