...

Rəsmi Bakı Afrika ölkələri ilə əməkdaşlığının prioritetlərini açıqladı

Siyasət Materials 11 İyun 2015 17:23 (UTC +04:00)
"Afrika qitəsi müstəqil Azərbaycan dövləti üçün yeni bir məkandır və biz bu məkanla müxtəlif iqtisadi, sosial, siyasi layihələr həyata keçirməkdəyik".
Rəsmi Bakı Afrika ölkələri ilə əməkdaşlığının prioritetlərini açıqladı

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Afrika qitəsi müstəqil Azərbaycan dövləti üçün yeni bir məkandır və biz bu məkanla müxtəlif iqtisadi, sosial, siyasi layihələr həyata keçirməkdəyik".

Trend xəbər verir ki, bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

Ə.Həsənov qeyd edib ki, Afrika qitəsinin ölkələrinin çoxu müsəlman dövlətləri olduğu üçün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika dövlətləri ilə kifayət qədər yaxşı əlaqələrə malikdir: "Təşkilat çərçivəsində müxtəlif layihələr həyata keçiririk. Bu münasibətlər dinamik inkişaf edir və gələcəkdə də inişaf edəcək. Azərbaycan dünyada alternativ enerji mənbəyi kimi tanınır və buna müvafiq olaraq, SOCAR həm Avropanın enerji təhlükəsizliyində öz resursları ilə iştirak edir, həm də biznes strukturu kimi fəaliyyət gpstərir. SOCAR Afrika ölkələrində də fəaliyyət göstərməyi planlaşdırır".

Prezidentin köməkçisi deyib ki, Azərbaycan SOCAR vasitəsilə Afrikanın karbohidrogen resurslarının işlənməsi və dünyaya çıxarılması üçün fəaliyyət göstərməyi planlaşdırır: "Bir neçə il bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə Afrika dövlətləri bizə böyük dəstək verdi və biz bu tribunadan istifadə edərək Afrika problemlərinin dünyaya çatdırılması üçün səmərəli fəaliyyət göstərdik. Bundan sonra da Afrika ölkələri ilə Azərbaycan arasında münasibətlər inkişaf edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti