...

İlham Əliyev Filippin Prezidentini təbrik edib

Siyasət Materials 11 İyun 2015 18:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti III Beniqno Akinoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Filippin Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti III Beniqno Akinoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Filippin Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin genişlənməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına daim sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti