...

Erməni səbrinin qiyməti – 6,93 dram...

Siyasət Materials 25 İyun 2015 16:58 (UTC +04:00)
Sui-qəsd nəzəriyyəsi universal şeydir.
Erməni səbrinin qiyməti – 6,93 dram...

Elmira Tariverdiyeva - Trend:

Sui-qəsd nəzəriyyəsi universal şeydir. Müvəffəqiyyətsizliyə uğrayanda hərəkətlərinə görə məsuliyyət daşımadan onunla işini asanlıqla ört-basdır edə bilərsən.

Ermənistanda inqilab öncəsi həyəcanlar müxtəlif siyasi qütblərin etirazların təşkilinə görə məsuliyyəti bir-birinin üstünə atmağa başlaması üçün əla səbəb oldu. Qərb burada Rusiyanın əlinin olduğunu, Kreml isə Amerikanın fitnələrini gördü. Ermənistandakı vəziyyət Misir və Tunisdədki etirazlara oxşayır - xalq yorulub.

Niyə heç kəsin ağlına hər bir xalqın səbrinin həddinin olması barədə sadə fikir gəlmir? Uzun illər tam cəzasızlığına inanmış hakimiyyət tərəfindən səbrin həddi bir gün keçilə bilər.

2008-ci ilin martında Yerevanda hakimiyyətin qanlı qələbəsi ilə başa çatmış böyük etiraz aksiyaları keçirilmişdi. O zaman hüquq-mühafizə orqanları və müxalifət arasında toqquşmalar keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifətin mitinqi dağıdıldıqdan sonra baş vermişdi. İki gün ərzində toqquşmalarda 10 nəfər öldü, 250-dən çox nəfər isə yaralandı.

Görünür, o zaman Ermənistan xalqı canının qorxusundan dözmək qərarına gəldi. Lakin susqunluğun təkcə özün üçün deyil, həm də gələcək nəsillərin həyatı üçün təhlükə törətdiyi an gəlir.

Ermənistanda hakimiyyəti qəsb etmiş Serj Sarkisyan rejimi uzun müddət həmvətənlərini taladı və insanların hiddətlənərək küçələrə axın etməsi üçün nə Moskvanın, nə də Qərb və ya Ağ evin təsiri lazımdır. Son illər erməni valyutasının eniş dinamikasını, doğumun azalma qrafikini, işsizliyin artan faizlərini izləmək kifayət edir.

Əgər korrupsiyaya qurşanmış Ermənistan hakimiyyəti əhalinin çətin həyat şəraitinə görə şikayətlərini eşitmək istəmirsə, sıravi insanlar dünya ictimaiyyətinin diqqətini problemlərinə necə cəlb etməlidirlər?

Əgər Ermənistanda inqilab baş versə (bu, tez baş verməlidir), günah yalnız ölkə hökumətinin üzərinə düşəcək. O hökumət ki, uzun illərdir xalqın hesabına zənginləşir və insanların həyatını yaxşılaşdırmaq üçün heç bir addım atmaq istəmir. Bu məsələdə kənardan heç kəsin günahı yoxdur, sadəcə olaraq hökumət yoxsullaşmış xalqın olan-qalan qəpik-quruşunu qopartmağa çalışanda səbrin həddi keçildi.

Ermənilərin səbrinin qiyməti - 6,93 erməni dramı...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti