...

AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edilib

Siyasət Materials 25 İyun 2015 12:39 (UTC +04:00)

Fransa, Strasburq, 25 iyun /Trend, müxbir Anar Əliyev/

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi təyin edilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifə yə seçilib. O Pedro Aqramuntu əvəzləyib və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti