...

Səfirlik: Küveytdəki terror aktında azərbaycanlılar xəsarət almayıb

Siyasət Materials 27 İyun 2015 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Səba Ağayeva/

Küveytdəki məscidlərin birinində törədilmiş terror aktı zamanı ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olmayıb. Bunu Trend-ə Azərbaycanın Küveytdəki səfirliyindən deyiblər.

Səfirlik Küveytdə yaşayan həmvətənlərini ehtiyatlı və diqqətli olmağa, eləcə də insanların toplaşdığı yerlərə getməməyə çağırıb.

Hazırda Küveytdə təqribən Azərbaycanın 50 vətəndaşı müvəqqəti yaşayır.

Qeyd edək ki, iyunun 26-da törədilmiş terror aktında 24 nəfər həyatını itirib.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti