Azərbaycan, Bakı, 1 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Trend-in məlumatına görə, Sərəncama əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilsin:
polis general-leytenantı ali xüsusi rütbəsi:
polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə
polis general-mayoru ali xüsusi rütbəsi:
polis polkovniki Seyfulla Səttar oğlu Əzimova
polis polkovniki Əkbər Arif oğlu Yusifova.
Prezident İlham Əliyevdən generallarla bağlı sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
