"Chatham House Bako Saakyanla görüş üçün ən azı 8 faktoru nəzərə alsa regional sabitliyə töhfə verər"

"Chatham House Bako Saakyanla görüş üçün ən azı 8 faktoru nəzərə alsa regional sabitliyə töhfə verər"

Mübariz Əhmədoğlu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

Xüsusi olaraq Trend üçün

Chatham House Bako Saakyanla görüş üçün ən azı 8 faktoru nəzərə alsa regional sabitliyə töhfə verər.

I. Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyanı dəvət etməklə Chatham House Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bu vaxtadək yürütdüyü siyasətə zərər vura bilər.
Əsaslandırma:

Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Dağlıq Qarabağ münaqişəsinin həllinin başlanğıcını Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının dialoqunun və əməkdaşlığının qurulmasında görür.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bir neçə dəfə açıqlamaları olub. Aİ və AŞPA-da Böyük Britaniyanı təmsil edən deputatlar bu fəlsəfəyə söykənirlər. Böyük Britaniyanın Azərbaycandakı səfiri bir neçə dəfə bu mövzuya münasibət bildirib.

Hətta Böyük Britaniyanın Ermənistandakı səfiri K.Liç bir neçə dəfə Ermənistan ictimai-siyasi mühiti qarşısında öz ölkəsinin Azərbaycandakı maraqlarını müdafiə edib. Bunu presedent hesab edirik.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton ötən ilin noyabrında məxsusi olaraq bu münaqişənin tənzimlənməsindən ötrü Azərbaycanda oldu. D.Lidinqton Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovla görüşdü.

II. "Dağlıq Qarabağ xalqı" və ya "Dağlıq Qarabağ ermənisi" adlı etnonim yoxdur. Əsaslandırma:

Chatham House-un istənilən analitiki 0.35 saniyə ərzində bunu müəyyən edə bilər. Bu etnonim uydurmadır və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün nəzərdə tutulub. Dağlıq Qarabağda yaşayan ermənilərlə Ermənistan ermənilərinin danışdığı dillərin arasındakı fərq cəmi 15%-dir. Amma Ermənistan ermənilərinin danışdığı şərqi erməni dili ilə diaspor ermənilərinin danışdığı qərbi Ermənistan dili arasında fərq 80%-dir. Ermənistanda diaspora erməniləri ilə özlərini eyni xalq, Dağlıq Qarabağdakı ermənilər ilə isə ayrı xalq hesab edirlər.

III. Dağlıq Qarabağda ermənilər heç vaxt müstəqillik uğrunda mübarizə aparmayıblar. Müstəqillik uğrunda mübarizə əzəli Azərbaycan torpağını Ermənistana birləşdirmək yolunda sonradan məcburən seçilmiş taktikadır. Əsaslandırma:

SSRİ dövründə ermənilər Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşdirməsi ilə bağlı vaxtaşırı müntəzəm kompaniyalar aparıblar.

1988-ci ilin fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən ayrılıb Ermənistan SSR-in tərkibinə birləşməklə bağlı qərar qəbul etdi. Bu qərara istinad edərək Ermənistan SSR Ali Soveti 1989-cu il iyunun 16-da Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməklə bağlı qərarına müsbət cavab verdi. SSRİ dağıldıqdan sonra da Ermənistan SSR Ali Soveti bir neçə dəfə bu məsələyə qayıdıb, münasibəti həmişə təsdiqləyici olub. Dağlıq Qarabağın Ermənistana birbaşa və ya bir mərhələdə birləşməsinin qeyri-mümkünlüyünü başa düşən ermənilər aralıq variant kimi Dağlıq Qarabağın müstəqilliyi ideyasını ortalığa atdılar və 1991-ci ilin dekabrın 10-da guya "referendum" keçirdilər.

IV. Dağlıq Qarabağ ermənilərinin "müstəqillik referendumu" legitim hesab edilə bilməz.
Əsaslandırma:

Bu referendumun hüquqi əsası yoxdur. Çünki referendum barədə qərar qəbul ediləndə həm Ermənistan SSR, həm də Azərbaycan SSR SSRİ-nin tərkibindən çıxmaq, müstəqil olmaqla bağlı qərar qəbul etmişdilər. Ona görə SSRİ qanunvericiliyinə istinad əsassızdır. Həm də ermənilərin Sovet qanunvericiliyinə istinadının da əsası yoxdur. Çünki SSRİ-dən ayrılmaq hüququ 15 müttəfiq respublikaya aid idi.

Müttəfiq respublikaların tərkibindəki muxtar qurumlara şamil edilmirdi. Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycanın tərkibində hətta muxtar respublika da deyil, muxtar vilayət statusunda idi. Digər tərəfdən müstəqilliyini elan etmiş Azərbaycan və Ermənistanda müvafiq qanunvericilik bazası yox idi.

Ən vacib nəzərə alınmalı məsələ isə, azərbaycanlıların deportasiyasıdır. Ermənilər Dağlıq Qarabağdakı azərbaycanlıları deportasiya etdikdən sonra "referendum" keçirdilər.

V.Dağlıq Qarabağdaki azsaylı ermənilər heç vaxt heç nəyi həll etməyiblər və həll etmək gücündə də deyillər.
Əsaslandırma:

Dağlıq Qarabağ de-fakto Ermənistanın tərkib hissəsidir. Gümri kimi daha çox Rusiyapərəstliyi ilə fərqlənən regionudur. İndi Ermənistan özü müstəqil siyasət formalaşdıra, apara bilmir. Belə olan halda Dağlıq Qarabağın müstəqil qərar vermək bacarığına Chatham House analitiklərinin inanması düşündürücüdür.

VI. Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri və ya rəhbərliyinin təmsilçisi B.Saakyanla bərabər səlahiyyətdə və eyni vaxtda görüşə dəvət olunmalıdır. Bu Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində götürdüyü kursa daha uyğundur.

VII. Chatham House Bako Saakyanla bağlı görüş barədə verdiyi açıqlamada Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmət etdiyini bəyan edir. Amma ərazi bütövlüyünü unudur. Ona görə B.Saakyanla görüş ərəfəsində Chatham House Azərbaycanın ərazi bütövlüyünə münasibət bildirməlidir.

VIII. Böyük Britaniya Ermənistandakı son proseslər fonunda S.Sərkisyan hakimiyyətinin Rusiyaya qarşı müqavimətini gücləndirmək kursu götürübsə, bu səhv kursdur. Rusiya Ermənistanda vəziyyəti istənilən səviyyəyədək gərginləşdirib regional xaosa çevirə bilər. Bu zaman ən çox ziyan çəkən məhz Böyük Britaniya ola bilər.

Çünki bu regionda ən çox iqtisadi iştirakı olan qərb dövləti məhz Böyük Britaniyadır. Böyük Britaniya Azərbaycan və Gürcüstanla əlaqələrə söykənərək regionda mövqeyini gücləndirmək kursunu davam etdirərsə daha faydalıdır. Ermənistanı isə bütün vasitələrdən istifadə edərək Azərbaycanla əlaqələrə məcbur etmək lazımdır. Bunun yolu Dağlıq Qarabağ separatizminə dəstək verməkdən, işğalçı müharibənin nəticəsini alqışlamaqdan deyil, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasından keçir.

Türkiyədə koronavirusdan sağalanların sayı 4,94 milyonu ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 4,94 milyonu ötüb
Qüds yaxınlığındakı sinaqoqda tribunanın çökməsi nəticəsində yaralıların sayı artıb
Qüds yaxınlığındakı sinaqoqda tribunanın çökməsi nəticəsində yaralıların sayı artıb
Kanadada atışma nəticəsində ən azı beş nəfər yaralanıb
Kanadada atışma nəticəsində ən azı beş nəfər yaralanıb
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 4,94 milyonu ötüb
Qüds yaxınlığındakı sinaqoqda tribunanın çökməsi nəticəsində yaralıların sayı artıb
Kanadada atışma nəticəsində ən azı beş nəfər yaralanıb
Qüds yaxınlığında sinaqoqda tribunanın çökməsi nəticəsində 160-dan çox insan xəstəxanaya yerləşdirilib
Samuxda "Təmiz hava" aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Dünyada ötən sutka koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bu gündən məktəblər açılır
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Qüdsün yaxınlığında sinaqoq tribunası çöküb, ölənlər var
Azərbaycan xarici ticarətdə müsbət saldoya nail olub
İspaniya La Liqası: "Barselona" ​​çempion olmaq şansını itirib
Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)
Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Kürdəmir rayonunda "VAZ" yanıb
Şuşa yenidən dirçəlir və qayıdışa hazırlanır - Deputat
Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb
Qaradağda “Shacman” aşaraq yanıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları açıqlanıb
Azərbaycandakı tolerantlıq mühitinin Vətən müharibəsində böyük töhfəsini gördük - Deputat
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Azərbaycan OPEC+ sazişini necə icra edir? - Beynəlxalq Agentlikdən qiymətləndirmə
NATO PA-nın yaz sessiyası başlayıb
Ermənistanda partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı
Avtomobildə qadına fiziki zorakılıq edən şəxsin kimliyi məlum olub
Xaçmaz RİH başçısı Aşağıoba və Aslanoba kəndlərində şəhidlərin məzarını ziyarət edib (FOTO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Səttar Möhbalıyev: “Xarıbülbül” festivalı milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri oldu
Manatın məzənnəsi sabit qalır - Dünya Bankı
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib (FOTO)
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Türkiyədə ticarət mərkəzləri açılır
Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb
Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib
Mayın 17-də manatın dollara qarşı məzənnəsi
Raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir (VİDEO)
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)
Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib
Azərbaycanda bu il istehsal olunan ÜDM-in həcmi açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss edirik - Alban-Udi Xristian icmasının sədri
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb (FOTO)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Bütün xəbərlər