...

Prezident İlham Əliyev Azərbaycanın Çindəki səfirliyinin binasının inşası ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 10 Avqust 2015 19:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə Sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanın Çindəki səfirliyinin binasının inşası ilə bağlı sərəncam imzalayıb

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Çin Hökumətləri arasında Azərbaycanın Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə 2015-ci il fevralın 16-da Pekin şəhərində imzalanmış Əlavə Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Əlavə Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti