...

İnsan faciəsi ətrafında əxlaqsız siyasi oyunlar

Siyasət Materials 12 Avqust 2015 08:00 (UTC +04:00)

Elmira Tarıverdiyeva

Əvvəlcə həmkarım, cinayətkarların öldürdüyü azərbaycanlı jurnalist Rasim Əliyevin ailəsinə baş sağlığı vermək istəyirəm.

Qoy bu insanlar özlərini nə istəyirlər adlandırsınlar, istər Azərbaycan futbolunun azarkeşləri, istərsə də futbol azarkeşləri - bu heç nəyi dəyişmir. Futbolçu haqqında mənfi rəy bildirən gənc insanı öldürən insanlar cinayətkardır və onlar qanunun bütün ciddiliyi ilə cəzalandırılmalıdırlar.

Bu ağrılı hadisə ətrafında özünü "hüquq müdafiəçisi" adlandıran şəxslərin yaratdığı fars vəziyyətin bütün faciəsini daha da artırır. Azərbaycanın müxalif siyasətçilərinin düz jurnalistin qəbrinin üstündə gurultulu nitqlərlə həyasız və insafsız şou yaratması azmış kimi, hadisəni araşdırmayan avropalı siyasətçilər də sevimli mövzularını ələ keçirdilər.

Ötən gün Avropa Şurasının baş katibi bildirdi ki, jurnalist Rasim Əliyevin ölümündən sarsılıb və qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti pisləşir.

İnsan faciəsinin növbəti dəfə siyasi bəyanatlara və Azərbaycana hücumlara səbəb olması kədərli haldır. Hərçənd, bu halda hər kəs gəncin "Facebook" sosial şəbəkəsindəki səhifəsini açmaqla, faciənin səbəblərini görə bilərdi. Belə ki, məhz burada onun futbolçuya yazdığı şərhlərdə təhdidlər ortalığa çıxmağa başlamışdı.

Jurnalistin qatillərin onu bu məsələyə aydınlıq gətirmək üçün görüş təyin etdiklərini söyləməsini nəzərə alaraq, xəstəxana yatağında ağır vəziyyətdə gəncin yalan danışmadığı və aldatmadığı aydın olur.

Bu hadisədən özünün alçaq məqsədləri üçün istifadə etmək qərarına gələn hamı üçün bir daha vurğulamaq istəyirəm: söhbət insan həyatından və insan ölümündən, bir saatın içində hər şeyin dəyişdiyi ailə faciəsindən gedir. Bayağı piardan cüzi mənfəət əldə etmək üçün bu hadisədən istifadə edən şəxs necə əxlaqsız və alçaq adam olmalıdır. Jurnalistin qəbrinə qaçıb məyus qohumların gözü qarşısında hökumətə qara yaxmaq və məntiqli düşünmək qabiliyyəti olmayan silahdaşlarının yanında şübhəli xal toplamaq istəyən şəxslərdə nə isə insanlıq adına bir şey qalmalıdır.

Bundan sonra ağlı başında olan hansı insan müxalif siyasətçinin arxasınca gedər?

Avropalı "hüquq müdafiəçilərinə" gəldiksə isə, onlara yalnız bir şey haqq qazandıra bilər. Çox güman ki, həmişə olduğu kimi yenə baş verənləri araşdırmadan, ağızları köpüklənə-köpüklənə çoxdan çəkilmiş sxem üzrə Azərbaycanı təqsirləndirməyə başladılar. Ancaq onlar bir şeyi unudublar ki, futbolçu nə nazirdir, nə də yüksək vəzifəli məmur. Belə olduğu təqdirdə, Qərb Azərbaycanı nədə ittiham edir?

Məhz, hakimiyyətdən yazan jurnalistlərin təqibində. Bu isə insan faciəsinə səbəb olmuş məişət münaqişəsinin sxeminə uyğun gəlmir. Qərb özü də idarə olunmaz futbol azarkeşlərinin necə təhlükəli olduğunu və onların Avropada hansı faciələrə səbəb olduğunu bilir.

Belə olan halda, hüquq müdafiəçiləri nədənsə azarkeşlərin xəsarət yetirdiyi yüzlərlə insanın vətəndaş cəmiyyətinin fəalları olduğunu demir. Onda niyə Azərbaycana gəlincə, məntiq və sağlam düşüncə qərb siyasətçilərinin dadına yetmir?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti