...

Zakir Həsənov ordunu həyəcan siqnalı ilə ayağa qaldırdı (FOTO/VİDEO)

Siyasət Materials 20 Avqust 2015 17:17 (UTC +04:00)
Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsini yoxlayıb.
Zakir Həsənov ordunu həyəcan siqnalı ilə ayağa qaldırdı (FOTO/VİDEO)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik və birləşmələrin döyüşə hazırolma səviyyəsini yoxlayıb.

Qəfil həyəcan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarıqları və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub.

Müdafiə naziri yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti