Azərbaycan, Bakı, 21 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi - Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verilməsi barədə sərəncam imzalayıb.
Trendin məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi - Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Belal oğlu Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verilsin".