...

Müdafiə Nazirliyi: Zirehli döyüş texnikası təlim rayonlarına çatdırılıb (FOTO)

Siyasət Materials 10 Sentyabr 2015 10:20 (UTC +04:00)
Komanda Qərargah Hərbi Oyunlarının növbəti mərhələsində irimiqyaslı təlimlərdə iştirak edən müxtəlif tipli hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.
Müdafiə Nazirliyi: Zirehli döyüş texnikası təlim rayonlarına çatdırılıb (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Komanda Qərargah Hərbi Oyunlarının növbəti mərhələsində irimiqyaslı təlimlərdə iştirak edən müxtəlif tipli hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, "Həyəcan" siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları toplanma rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə uyğun, müəyyən edilmiş normalara riayət edilməklə müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti