...

ATƏT-in demarşı – Avropanın "insan haqları"nı təhrif edilmiş formada anlamasının parlaq illüstrasiyası

Siyasət Materials 23 Sentyabr 2015 18:32 (UTC +04:00)
Avropa Azərbaycana və Azərbaycan xalqına qarşı getdikcə daha çox təxribat fəaliyyətləri aparmaqla müstəqillik illərində rəsmi Bakı ilə qurulmuş təməli son zamanlar dağıdır.
ATƏT-in demarşı – Avropanın "insan haqları"nı təhrif edilmiş formada anlamasının parlaq illüstrasiyası

Elmira Tariverdiyeva - Trend:

Avropa Azərbaycana və Azərbaycan xalqına qarşı getdikcə daha çox təxribat fəaliyyətləri aparmaqla müstəqillik illərində rəsmi Bakı ilə qurulmuş təməli son zamanlar dağıdır.

Qərbin Azərbaycanla enerji əməkdaşlığı ilə bağlı möhtəşəm ümidlərini nəzərə alsaq, bunun uzunmüddətli perspektivdə nəyə gətirib çıxaracağını söyləmək çətindir, lakin qısamüddətli perspektivdə Bakı Qərbin hərəkətlətini qəbul etmədiyini söyləmək hüququna malikdir.

Azərbaycan Parlamentinin bu günlərdə qəbul etdiyi qərar Avropa Parlamenti ilə əlaqələri kəsir. Bu onun qətnaməsinə cavab olaraq baş verib. Qətnamədə Azərbaycan guya "ölkədə insan haqlarını pozmaqda" ittiham edilir və Azərbaycanın maraqlarına zərbə vurmaqla həmin Qərbin maraqlarını uzun illər ərzində təbliğ edərək respublikanın qanunlarını pozan bir neçə insandan söhbət gedir.

Qətnamə ətrafında söz-söhbətlər səngiməmiş beynəlxalq Avropa institutu - ATƏT, daha doğrusu, Parlament Assambleyasının sədri İlkka Kanerva qərar qəbul edir ki, ATƏT PA-nın heç bir nümayəndə heyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun daha əvvəl qəbul etdiyi qərara uyğun olaraq noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcək.

ATƏT-in qərarı sağlam düşüncə çərçivəsinə sığmır - yəni beynəlxalq Avropa institutu Qərbin bu ölkənin məhkəmə sisteminin bir neçə insanla bağlı qərarına qarşı qərəzli münasibətinə görə 9,5 milyon nəfərlik əhalisi olan ölkədə legitim seçkiləri müşahidə etməkdən imtina edir? Və ATƏT-in bu demarşı Avropanın insan haqlarına riayət etmək anlayışıdır?

Bəlkə bu, Azərbaycanı öz milli maraqlarına göz yumaraq Avropanın qaydaları ilə oynamağa vadar etməkdir? Nə demək olar, Avropanın "ədalətli yanaşması" göz qabağındadır, Azərbaycanın əllərini burmaq cəhdi isə Qərbin demokratik davranışının nümunəsidir. Bəlkə Qərb belə davranmaqla gələcəkdə Azərbaycanda "saxta" seçkilər kartından istifadə edərək ölkə daxilində qarışıqlıq yaratmaq istəyir?

İstənilən halda Avropanın növbəti təzadlı addımı ölkə daxilində vəziyyətə təsir etməyəcək. Seçkilər keçiriləcək, onlarla ölkənin müşahidəçiləri Azərbaycana gələrək prosesin şəffaflığını və legitimliyini təsdiq edəcəklər. Qərb isə çox güman ki, regionda qərəzli və qeyri-obyektiv siyasətinin kədərli nəticələri ilə hələ dəfələrlə üzləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti