...

MSK sədri namizədləri ehtiyatlı olmağa çağırdı

Siyasət Materials 29 Sentyabr 2015 17:25 (UTC +04:00)
“Sosial şəbəkələrdə namizədlərlə bağlı müxtəlif informasiyalar yayılıb. Deputatlığa namizədlər ehtiyatlı olmalıdırlar. Əgər onların adından yalan informasiyalar yayılırsa, təkzib etsinlər”.
MSK sədri namizədləri ehtiyatlı olmağa çağırdı

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elçin Mehdiyev

"Sosial şəbəkələrdə namizədlərlə bağlı müxtəlif informasiyalar yayılıb. Deputatlığa namizədlər ehtiyatlı olmalıdırlar. Əgər onların adından yalan informasiyalar yayılırsa, təkzib etsinlər".

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, belə məsələlərin həllini araşdırmaq bir qədər çətindir: "Bəzi namizədlərin adından Seçki Məcəlləsini poza biləcək məlumatlar yayılır. Bu hal televiziyada, mətbuatda baş verərsə, tədbir görə bilirik. Amma sosial şəbəkələrə nəzarət bir qədər çətindir. Deputatlığa namizədlər diqqətli olmalıdırlar. Onların xəbəri olmadan məlumatlar yayılırsa, açıqlama versinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti