...

Məzahir Pənahov: Çalışmalıyıq ki, seçkilərə kölgə salmaq üçün heç kimə əsas verməyək

Siyasət Materials 2 Oktyabr 2015 11:29 (UTC +04:00)
Biz hamımız çalışmalıyıq ki, seçkilərə kölgə salmaq üçün heç kimə əsas verməyək.
Məzahir Pənahov: Çalışmalıyıq ki, seçkilərə kölgə salmaq üçün heç kimə əsas verməyək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

Biz hamımız çalışmalıyıq ki, seçkilərə kölgə salmaq üçün heç kimə əsas verməyək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda seminar-müşavirədə çıxışında deyib.

M.Pənahov bildirib ki, bu günki tədbir seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün hökumətin ortaya qoyduğu iradənin bariz nümunəsidir: "Biz həmişə mətbuat nümayəndələri ilə çalışmışıq. Çalışmışıq ki, nəinki yerli mətbuat, o cümlədən xarici mətbuat da tədbirlərimizdə yaxından iştirak etsin. KİV-lərin seçkilərdə rolu və yeri çox vacibdir. Mətbuat nümayəndələri elə insanlardır ki, onların seçkilərin müşahidə etməsi üçün haradasa akkreditasiya keçməsinə ehtiyac yoxdur. Onların vəsiqələri prosesdə əvvəldən axıra kimi iştirak etməyə imkan verir. Bizim mətbuat çox inkişaf edib. Ümumi ölkənin durumu demokratik seçkilərin keçirilməsi üçün mühit olmalıdır. Biz bütün şəraiti yaratmalıyıq ki, seçkilərlə bağlı kimin nə fikri varsa ortaya qoysun. Azərbaycanda indiyə qədər keçirilən seçkilərdə çoxluğun fikrinin olmasında heç bir problem olmayıb. 1700-dən artıq insan namizədlik üçün müraciət edib. Biz hamımız çalışmalıyıq ki, seçkilərə kölgə salmaq üçün heç kimə əsas verməyək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti