...

Məzahir Pənahov: Biz həmişə ictimaiyyətin qəbul etdiyi mövqedə dayanırıq

Siyasət Materials 11 Oktyabr 2015 18:56 (UTC +04:00)
“Biz həmişə ictimaiyyətin qəbul etdiyi mövqeyi əsas götürürük”
Məzahir Pənahov: Biz həmişə ictimaiyyətin qəbul etdiyi mövqedə dayanırıq

Azərbaycan, Bakı, 11 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

"Biz həmişə ictimaiyyətin qəbul etdiyi mövqeyi əsas götürürük". Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, kim harda nə deyir desin, ictimaiyyətin qəbul etdiyi mövqe daha vacibdir.

M.Pənahov bildirib ki, seçki prosesində 10 minlərlə insan çalışır: "Heç kim hansısa nöqsanlardan sığortalanmayıb. Kimsə nədəsə səhlənkarlıq edirsə, onu ümumi, kütləvi bir hal konteksində çatdırmaq düzgün deyil."

MSK sədri əlavə edib ki, dairə seçki komissiyalarının üzvləri elə seçilməlidir ki, sənədləşdirmə zamanı onların buraxdıqları diqqətsizlik vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməsin: "Gələcəkdə maarifləndirmə işlərini gücləndirməliyik ki, belə hallar olmasın".

M. Pənahov bildirib ki, şikayətləri araşdırmaq üçün MSK üzvləri 24 saat çalışır: "Elə mübahisəli məqamlar olur ki, ictimaiyyətin dediyini qəbul etsək, hər şey qaydasında olur".

M.Pənahov bildirib ki, MSK işini qanunvericilik çərçivəsində qurur və edilən hər bir müraciətə ədalətli mövqedən yanaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti