...

Vaqif Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

Siyasət Materials 14 Oktyabr 2015 19:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Abdullayevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Vaqif Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Abdullayevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Vaqif İdris oğlu Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, V.Abdullayev Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti