...

“Azay Quliyevdən gözləntilərimiz böyükdür”

Siyasət Materials 29 Oktyabr 2015 22:07 (UTC +04:00)
Bu gün seçicilərlə təmaslarını davam etdirən 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev Koroğlu Rəhimov 53-A ünvanında yaşayan...
“Azay Quliyevdən gözləntilərimiz böyükdür”

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün seçicilərlə təmaslarını davam etdirən 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev Koroğlu Rəhimov 53-A ünvanında yaşayan seçicilərin dəvətilə onların yaşadığı binada olub. Seçicilərinin müraciətlərini dinləyən və problemləri ilə yerindəcə tanış olan Azay Quliyev qaldırdırılan məsələlərin həlli ilə bağlı müvafiq addımlar atacağını bildirib.

Gün ərzində Seçki Qərargahında 100-dən artıq seçici ilə fərdi və kollektiv görüş keçirən Azay Quliyev yenidən deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının dəstəyi ilə mövcud problemlərin aradan qaldırılmasına yardım edəcəyini deyib.

Seçicilər Azay Quliyevdən gözləntilərinin böyük olduğunu və 1 noyabrda mütəşəkilliklə seçki məntəqələrinə gələrək ona səs verəcəklərini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti