...

Zakir Həsənov Qazaxıstanın aparıcı hərbi sənaye müəssisəsində olub (FOTO)

Siyasət Materials 4 Noyabr 2015 17:33 (UTC +04:00)
Qazaxıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan “Kazakhstan Aselsan Engineering”də olub.
Zakir Həsənov Qazaxıstanın aparıcı hərbi sənaye müəssisəsində olub (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Qazaxıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan "Kazakhstan Aselsan Engineering"də olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yüksək texnologiyaların tətbiqinə əsaslanan elektron-optik cihazların istehsalı sahəsində ixtisaslaşan müəssisənin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti məhsulların hazırlanması sahələrinə və sınaq sexlərinə də baxıb.

Sonra Azərbaycanın müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birini ziyarət edib. Burada general-polkovnik Z.Həsənov hərbi desant kompleksi, hərbi hissənin silah və texnika sərgisi ilə tanış olub. Müdafiə naziri şəxsi heyət tərəfindən nümayiş olunan binaya hücum, gecə və gündüz rejimində müxtəlif silahlardan atəş açma və manelər zolağının dəf edilməsi məşqlərini də izləyib.

Azərbaycanın müdafiə nazirinin Qazaxıstana səfəri noyabrın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti