...

MSK deputatın şikayətini təmin etmədi

Siyasət Materials 17 Noyabr 2015 16:41 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.
MSK deputatın şikayətini təmin etmədi

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

Trend-in məlumatına görə, deputatlığa namizədliyi 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən qeydə alınmış Ədalət Partiyasının sədri, IV çağırış Milli Məclisin deputatı İlyas İsmayılovun nümayəndəsi Mütəllim Rəhimov MSK-ya müraciət edərək həmin dairədə səsvermə zaman Seçki Məcəlləsinin müvafiq maddələrinin pozulduğunu iddia edib və həmin dairədə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

İclasda bildirilib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb. Müəyyən olunub ki, müraciətdə həmin dairənin hansı seçki məntəqəsində pozuntulara yol verildiyi konkret göstərilməyib. Təqdim olunan videoçəkilişdə də hər hansı pozuntu halı müşahidə edilməyib. Təqdim olunan digər sənədlərdə qanun pozuntularına dair iddialar öz təsdiqini tapmayıb.

Beləliklə, müraciət əsassız olduğundan təmin edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti