...

Novruz Məmmədov: Azərbaycan Türkiyə-Rusiya münasibətlərində gərginliyin azalmasına töhfəsini verməyə hazırdır

Siyasət Materials 26 Noyabr 2015 14:01 (UTC +04:00)
Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib.
Novruz Məmmədov: Azərbaycan Türkiyə-Rusiya münasibətlərində gərginliyin azalmasına töhfəsini verməyə hazırdır

Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Türkiyə bizim ən yaxın müttəfiqimizdir, eləcə də Rusiya bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti