...

Aİ-nin ali nümayəndəsi Federika Moqerini Prezident İlham Əliyevə başsağlığı verib

Siyasət Materials 8 Dekabr 2015 17:46 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Aİ-nin ali nümayəndəsi Federika Moqerini Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Günəşli" neft yatağında ötən cümə günü baş vermiş və insanların həlak olması ilə nəticələnmiş qəza barədə aldığım xəbər məni dərindən sarsıtdı.

Avropa İttifaqı adından həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, itkin düşənlərin aqibəti ilə bağlı narahatlığımı bildirir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edəsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti