...

Prezident İlham Əliyevin ünvanına ad günü münasibətilə təbriklər gəlməkdə davam edir

Siyasət Materials 24 Dekabr 2015 20:36 (UTC +04:00)
Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyevin ünvanına ad günü münasibətilə təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Doğum gününüz münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Sizin qətiyyətli liderliyiniz, müdrikliyiniz, zəngin təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının bundan sonra da uğurla inkişaf etməsinin və vətəndaşlarının rifahının yüksəlməsinin rəhnidir.

Ukrayna-Azərbaycan münasibətlərinin əsaslı inkişafında Sizin şəxsi rolunuz böyük əhəmiyyət daşıyır. Bizim ən yüksək səviyyədə dialoqun yenidən başlanmasına birgə fəal səylərimiz ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas olacaq.

Ukraynanın etibarlı strateji tərəfdaşı olan Azərbaycanın dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə prinsipial dəstəyinə görə xüsusi təşəkkür etmək və Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə əlaqədar Ukraynanın mövqeyinin dəyişməz olduğunu təsdiq etmək istərdim.

Əminəm ki, dost Ukrayna və Azərbaycan xalqlarının rifahı naminə ikitərəfli münasibətlərimizin müsbət dinamikası yüksələn xətt üzrə inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz güc və enerji, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".

X X X

İordaniyanın Kralı II Abdullahdan: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük qürur hissi duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Monteneqronun Prezidenti Filip Vuyanoviçdən: "24 dekabr - doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu gün Azərbaycan dünyada sabitlik amilidir və hamı üçün daha da çiçəklənən və ədalətli gələcəyə yol açır. Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, bu cür ilhamverici yanaşmada Sizin şəxsi töhfəniz diqqətəlayiqdir. Arzum budur ki, uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Bu xoş fürsətdən istifadə edərək Monteneqro xalqı adından və şəxsən öz adımdan dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün səylərinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli Prezident, Sizə cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən: "Doğum gününüz münasibətilə ən xoş arzularımı və ən səmimi təbriklərimi Sizə ünvanlamaq məndə xüsusi məmnunluq hissi doğurur.

Bu gözəl fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada və anlaşmaya əsaslanan mövcud ənənəvi münasibətlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşməsinə və genişlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Zati-aliləri, Sizə olan böyük ehtiramıma əmin olmağınızı xahiş edirəm".

X X X

Moldova Respublikasının sabiq Prezidenti, Moldova Respublikası Kommunist Partiyasının sədri Vladimir Voronindən: "Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi, uğurlar, firavanlıq və bütün təşəbbüslərinizin tam reallaşması arzularımı qəbul edin.

Ölkənizin vətəndaşlarının Sizin müasir və çiçəklənən Azərbaycanın ildən-ilə daha da inkişaf etməsi naminə seçdiyiniz, dövlətin real demokratiyaya və ifadə azadlığına, müstəqilliyin möhkəmlənməsinə və ərazi bütövlüyünün bərpasına yönəlmiş strateji kursunuzu tam dəstəklədikləri hamıya məlumdur.

Sizə möhkəm cansağlığı və yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə firavanlıq və yeni zəfərlər arzu edirəm".

X X X

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevdən: "Doğum gününüz münasibətilə Sizi Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Siz haqlı olaraq, dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəyə malik uzaqgörən siyasi xadim və müdrik rəhbər hesab edilirsiniz. Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrinin təkmilləşdirilməsi və modernləşdirilməsi yolu ilə ardıcıl olaraq irəliləyir.

Ölkənizin beynəlxalq aləmdə artan nüfuzu və dünyada baş verən proseslərə münasibətdə onun fəal mövqeyi Sizin adınız ilə bağlıdır.

Birlik ölkələrində Sizi sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına yönəlmiş konstruktiv və bərabərhüquqlu beynəlxalq əməkdaşlığın tərəfdarı kimi yaxşı tanıyır və yüksək qiymətləndirirlər.

Əmin olduğumu bildirirəm ki, Sizin siyasi iradəniz və qətiyyətli mövqeyiniz bundan sonra da iqtisadi cəhətdən güclü və inkişaf etmiş dövlətin yaradılmasına kömək edəcək, bizim Müstəqil Dövlətlər Birliyi çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə yönəlmiş birgə səylərimiz MDB iştirakçısı olan dövlətlərin rifahı naminə daha sanballı praktiki nəticələrə gətirib çıxaracaq.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

X X X

Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən: "Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının lideri kimi ali vəzifədə çalışmaqla, dövlətin möhkəmlənməsi və başqa ölkələrlə mehriban münasibətlərin inkişafı istiqamətində səmərəli fəaliyyətinizlə insanların dərin hörmətini qazanmısınız.

Sizin ənənəvi dini icmaların, xüsusən Azərbaycanda möhkəm dinlərarası və millətlərarası sülhün və vətəndaş həmrəyliyinin qorunub saxlanılmasına töhfəsini verməyə çalışan Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının ehtiyaclarına diqqətinizi xüsusi qeyd etmək istərdim.

Sizə cansağlığı, gümrahlıq və bundan sonrakı fəaliyyətinizdə daha güclü olmağı arzu edirəm".

X X X

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz çoxmillətli Azərbaycanda və onun hüdudlarından kənarda öz ölkənizin həqiqi vətənpərvəri kimi böyük hörmət qazanmısınız. Azərbaycan Respublikası Milli Məclisinə bu il keçirilən seçkilərdə Sizin başçılıq etdiyiniz Yeni Azərbaycan Partiyasının qələbəsi Sizə göstərilən yüksək etimadı və ölkədə reallaşdırılan, iqtisadiyyatın möhkəmləndirilməsinə, beynəlxalq aləmdə Azərbaycanın rolunun və nüfuzunun güclənməsinə yönəlmiş fəaliyyət xəttinin hərtərəfli dəstəklənməsini bir daha təsdiq etdi. Bu, böyük hörmətə layiqdir. Siz bu mürəkkəb dövrdə öz xalqı ilə birlikdə ölkənin iqtisadi qüdrətini artırmağa və azərbaycanlılarda mənəvi ruh yüksəkliyi yaratmağa nail olmuş dövlət rəhbəri kimi Azərbaycan xalqının böyük oğlu və lideri Heydər Əliyevin nəcib əməllərini ləyaqətlə davam etdirir və artırırsınız.

Biz dağıstanlılar bizim üçün mürəkkəb dövrdə Əziz Məmmədkərim oğlu Əliyevin respublikaya rəhbərlik etdiyi dövrü də yaxşı xatırlayırıq. Onun nəcib əməlləri uzun illər boyu xoş duyğularla xatırlanır. Sizin məsləkdaşınız və həyat yoldaşınız, bütün bu illər ərzində Sizin yanınızda olan, xoş ovqatınız və sağlamlığınız üçün hər cür şərait yaradan Mehriban xanıma da dərin hörmətimizi bildiririk.

Xalqlarımız arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri dağıstanlılar üçün xüsusi dəyər kəsb edir. Səmimilik və etimad həmişə bu münasibətlərin fərqləndirici cəhəti olub.

İcazə verin, fürsətdən istifadə edib, Dərbənd şəhərinin yubiley tədbirlərinə hazırlaşmaqda göstərdiyiniz köməyə, habelə Sizin qarşınızda qaldırdığım məsələlərə diqqətinizə və dəstəyinizə görə Sizə dərin təşəkkürümü bildirim.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikası naminə ali dövləti vəzifənizdə, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram".

X X X

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin kollektivi Dmitri Savelyevdən: "Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olduğunuz bütün illər ərzində xalqın səmimi sevgisini və hörmətini qazanmısınız. Uzaqgörən, strateji baxımdan ölçülüb-biçilmiş siyasətiniz, parlaq rəhbər istedadınız, ən mürəkkəb məsələlərin həllinə həqiqi vətənpərvər kimi yanaşmağınız Sizə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazandırıb.

Bu gün biz Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş genişmiqyaslı dəyişikliklərin və əsaslı islahatların, ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin edən ardıcıl və prinsipial xarici siyasət xəttinin həyata keçirilməsinin şahidləriyik.

Rusiya ilə Azərbaycanın tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəlir.

İcazə verin, qəti əmin olduğumu bildirim ki, xalqlarımızın rifahı naminə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin dinamik inkişafı bundan sonra da davam edəcək.

Sizə möhkəm cansağlığı, tükənməz enerji arzu edir, Azərbaycanın və ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirik".

X X X

Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlaxdan: "Doğum gününüz münasibətilə Qaqauz Yeri Muxtar Ərazi Qurumunun əhalisi adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının firavanlığı naminə məsul vəzifənizdə uğurlar, doğmalarınıza şəxsi səadət və firavanlıq diləyirəm.

Siz Azərbaycan Respublikası üçün çox iş görmüsünüz. Sizin müdrik rəhbərliyiniz ilə ölkənin beynəlxalq əlaqələri möhkəmlənib və genişlənib, mühüm investisiya layihələri həyata keçirilib, siyasi qərarlar qəbul edilib.

Uzaqgörən, strateji cəhətdən ölçülüb-biçilmiş siyasətiniz, təşkilatçı və rəhbər istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövləti mövqedən yanaşmağınız və Azərbaycan xalqının mənafelərinə sadiqliyiniz haqlı olaraq Sizə xalqınızın sevgisini və etimadını, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırıb. Siz Azərbaycan Respublikasının gələcək inkişafı, vətəndaşlarınızın həyatının daha da firavanlığı üçün taleyüklü qərarlar qəbul edir və onları dönmədən həyata keçirirsiniz.

Möhtərəm İlham Heydər oğlu, icazə verin bu xoş fürsətdən istifadə edib, Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsinə yönəlmiş planlarınızın həyata keçirilməsində böyük uğurlar, ölkənizin qardaş xalqına isə sülh və firavanlıq diləyim".

X X X

"LUKOYL" Neft Şirkətinin prezidenti Vahid Ələkbərovdan: "Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Rusiyada Siz cəmiyyətdə mütərəqqi dəyişikliklər və iqtisadiyyatda bazar islahatları keçirilməsinin ardıcıl tərəfdarı kimi yaxşı tanınırsınız. Azərbaycan Prezidenti vəzifəsində işləyərkən Siz öz həmvətənlərinizin dərin hörmətini və xaricdə böyük nüfuz qazanmısınız.

Sizin rəhbərliyiniz ilə konstruktiv siyasət yürüdülməsi dövlətlərarası münasibətlərin və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın inkişafına əlverişli şərait yaradır. Bu gün Azərbaycanda xarici şirkətlərin ölkə bazarına cəlb olunmasına kömək edən münbit investisiya mühiti yaranıb.

Fürsətdən istifadə edərək, ölkənizdə "LUKOYL"un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirmək və Sizi Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlığı Azərbaycan və Rusiya xalqlarının rifahı naminə inkişaf etdirməyə daim hazır olduğumuza əmin etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, böyük şəxsi səadət və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edirəm".

X X X

Yunanıstanın "Motor Oil Hellas", "Vegas Oil and Gas" şirkətlərinin sədri Vardis Vardinoyannisdən: "Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik. Sizə həyatın ən gözəl nemətləri olan cansağlığı və xoşbəxtlik diləyirik.

Qoy Allah Sizi və doğmalarınızı qorusun. Gözəl ölkənizin, xalqınızın və bəşəriyyətin rifahı və çiçəklənməsi naminə bütün nəcib arzularınızın həyata keçməsini diləyir, ali dövləti vəzifənizdə yeni uğurlar arzu edirik".

X X X

Beynəlxalq münasibətlər sahəsində İsraildən olan ekspert, "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan: "Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Son onillikdə Azərbaycan Sizin rəhbərliyiniz ilə regionda lider mövqeyi tutub, regional və beynəlxalq siyasətin mühüm məsələlərinin həllində fəal rol oynayır. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Azərbaycan regionun lider dövləti kimi özünü tamamilə təsdiqləyib. Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni Azərbaycansız həyata keçirmək mümkün deyil.

İsrail Dövləti şəxsən Sizin və Azərbaycan rəhbərliyinin yəhudi icmasına dünyada analoqu olmayan münasibətini yüksək qiymətləndirir. Bu münasibətin əsasını iki dövlət arasında dərin hörmət və əməkdaşlıq ənənələri, dostluq əlaqələri təşkil edir. Siz dünyəvi dövlətə, tolerantlığa sədaqətiniz, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətli münasibətiniz sayəsində həm İsrail cəmiyyətinin, həm də dünyanın digər dövlətlərində yəhudi icmasının əksəriyyətinin hörmətini qazanmısınız.

Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, səadət, firavanlıq, uğurlar arzulayır, ən xoş diləklərimi bildirirəm".

X X X

"N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi" Federal Dövlət Büdcə müəssisəsinin Uşaq Onkologiya və Hematologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyevdən: "Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq, qarşınıza qoyduğunuz məqsədlərə nail olmaq inamı, uzun illər boyu tükənməz enerji, nikbinlik və müstəqil Azərbaycanın daha da çiçəklənməsini arzu edirəm.

Qoy, xeyirxah əməllər və xeyirxah insanlar Sizi hər gün sevindirsin, bütün niyyətləriniz çin olsun.

Sizə və gözəl ailənizə bir daha möhkəm cansağlığı arzu edirəm".

X X X

"N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi" Federal Dövlət Büdcə müəssisəsinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Davıdovdan: "Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən firavanlıq və möhkəm cansağlığı arzu edirəm. Qoy, etibarlı dostlarınız həmişə yanınızda olsun, doğmalarınızın və yaxınlarınızın sevgisi və dəstəyi Azərbaycan naminə yeni zəfərlər qazanmaq üçün Sizə güc versin.

Sizə qarşınıza qoyduğunuz məqsədlərə nail olmağınızı, ali dövləti vəzifənizdə böyük uğurlar, müstəqil Azərbaycanın xalqına səmimi qəlbdən xoşbəxtlik və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti