...

"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi Milli Məclisdə təqdim olundu (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Dekabr 2015 12:09 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi təqdim olunub.
"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi Milli Məclisdə təqdim olundu (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi təqdim olunub.

Trend-in məlumatına görə, qərar layihəsi layihənin müəllifi olan deputat Rövşən Rzayev tərəfindən təqdim olunub.

R.Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrdə müzakirəyə çıxarılmasını da xahiş edib: "Bu mənim Azərbaycana qarşı ikili standartlara bir etirazımdır".

Milli Məclisin spikeri Oktay Əsədov qərar layihəsinin Milli Məclisin İnsan hüquqları komitəsində, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilməsi barədə tapşırıq verib.

x x x

Milli Məclisin deputatı Siyavuş Novruzov qərar layihəsinə öz etirazını bildirib: "Həmkarım Rövşən Rzayevin hazırladığı layihənin tərəfdarıyam. Amma bu o demək deyil ki, hər gün bir nəfər erməni lobbisinin təhriki ilə orada Azərbaycana qarşı bir məsələ qaldıracaqsa, biz də Milli Məclis olaraq belə bir layihənin ortaya atılmasını götür-qoy etməliyik. Təbii ki, erməni lobbisi çalışır ki, bu addımları atsın".

S.Novruzov qeyd edib ki, ABŞ Azərbaycanın strateji müttəfiqidir: "Azərbaycan bu ölkə ilə əməkdaşlığını davam etdirməlidir. Bu, ABŞ dövlətinin mövqeyi deyil. Bu sırf ermənipərəst konqresmenin mövqeyidir. Biz öz etirazımızı bildirməliyik, amma kəskin sanksiyalar tətbiq edə bilmərik. Çünki bizim konqreslə əlaqələrimiz var. Orada bizim işçi qrupumuz fəaliyyət göstərir və onların vasitəsilə danışıqlar aparmalı, məsələnin həllinə nail olmalıyıq".

Spiker O.Əsədov isə bildirib ki, R.Rzayev nə Azərbaycan hökuməti, nə də parlamentidir: "Deputat olaraq öz təklifini irəli sürür. Məyus edici məqam odur ki, bəziləri mövcud qanun layihəsinin ABŞ-ın Helsinki Komissiyası tərəfindən hazırlandığını deyir. Ancaq bəyan edirəm ki, bu layihə Komissiyanın bir üzvü tərəfindən hazırlanıb. Helsinki Komissiyasının bu məsələyə heç bir aidiyyatı yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti