...

Azərbaycan-İsrail münasibətlərinin inkişafı üçün böyük potensial var

Siyasət Materials 19 Yanvar 2016 18:08 (UTC +04:00)
Azərbaycan və İsrail vacib tərəfdaşdırlar və ölkələrin gələcəkdə münasibətlərin inkişafı üçün böyük potensialı var.
Azərbaycan-İsrail münasibətlərinin inkişafı üçün böyük potensial var

Bakı. Anaxanım Hidayətova -Trend:

Azərbaycan və İsrail vacib tərəfdaşdırlar və ölkələrin gələcəkdə münasibətlərin inkişafı üçün böyük potensialı var.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə İsrail Xarici İşlər Nazirliyinin Avro-Asiya və Balkanlar üzrə baş direktorunun müavini Tsvi Rav-Ner deyib.

Onun sözlərinə görə, İsrail energetika sahəsində Azərbaycanın təcrübəsini mənimsəmək istərdi: "Yəqin ki, İsrail də tezliklə karbohidrogen resursları bazarına çıxacaq. Bizim bu sahədə Azərbaycandakı kimi təcrübəmiz yoxdur, lakin digər sahələrdə Azərbaycanla təcrübəmizi bölüşə bilərik. İsrailin yüksək texnologiyalar, tibb, kənd təsərrüfatı və digər sahələrdə böyük təcrübəsi var".

İrana qarşı sanksiyaların ləğvi məsələsini şərh edən XİN rəsmisi qeyd edib ki, bu addım Azərbaycan-İsrail münasibətlərinə heç cür təsir etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti