...

Bakıda Macarıstanın viza mərkəzi açılıb (FOTO)

Siyasət Materials 22 Yanvar 2016 14:51 (UTC +04:00)
Bakıda Macarıstanın viza mərkəzi açılıb.
Bakıda Macarıstanın viza mərkəzi açılıb (FOTO)

Bakı. Maksim Tsurkov -Trend:

Bakıda Macarıstanın viza mərkəzi açılıb.

Yanvarın 25-dən etibarən Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərinin təqdim edilməsi üçün "IFR System" - ərizənin bron vaxtının onlayn verilməsi sistemi tətbiq olunacaq.

Trend-in məlumatına görə, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski mərkəzin açılışında deyib.

"IFR System"in saytında ərizəçilərə viza "C" üçün (Şengen vizasının 90 gündən çox olmayaraq etibarlılıq müddəti) və ya viza "D" üçün (yaşayış icazəsi almağa imkan verən viza) müraciət edərək vaxt sifarişi etmək imkanı var. Bunun üçün ifr.mfa.gov.hu saytından istifadə etmək təklif edilir.

IFR System-i mobil telefonda istifadə etmək üçün onu pulsuz olaraq AppStore-dan (iOS) və yaxud Google Play-dan (Android) yükləmək olar. "Windows Mobile" sistemindən istifadə edənlər veb-brauzerə ifr.mfa.gov.hu/ifrmobile ünvanını daxil etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti