Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Norveçin xarici işlər naziri Borge Brende ilə görüşüb.
Trend AZƏRTAC-a istinadən məlumat verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi bildirildi, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.