Bakı. Anaxanım Hidayətova - Trend:
Bu gün Rumıniyanın Bakıdakı səfirliyində "NATO və Azərbaycan arasında cari vəziyyət və əməkdaşlığın perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu qeyd edib ki, ötən il səfirlik yerli tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın regionlarında bir sıra tədbirlər təşkil edib: "Məqsəd əhalinin NATO-nun fəaliyyəti və Azərbaycanla Alyansın əməkdaşlığının üstünlükləri haqqında məlumatlılığını artırmaq olub".
Diplomatın sözlərinə görə, Azərbaycan NATO-nun vacib tərəfdaşıdır: "Rumıniya NATO və Azərbaycan arasında əməkdaşlığı möhkəmləndirməyə və dialoqu inkişaf etdirməyə davam edəcək".