...

Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 23 Fevral 2016 12:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfərə gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın "Mehrabad" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Süvari dəstənin müşayiət etdiyi Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti