...

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib (FOTO)

Siyasət Materials 29 Fevral 2016 14:06 (UTC +04:00)
Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib.
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib (FOTO)

Bakı. Trend:

Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, "Cənub" qaz dəhlizinin uğurla reallaşdırıldığı bildirildi. Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olundu. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti