...

Aİ Azərbaycanla energetika, regional təhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 29 Fevral 2016 19:51 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) energetika, regional təhlükəsizlik və qanunun aliliyi sahələrində Azərbaycanla əməkdaşlığa maraq göstərir.
Aİ Azərbaycanla energetika, regional təhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Səba Ağayeva - Trend:

Avropa İttifaqı (Aİ) energetika, regional təhlükəsizlik və qanunun aliliyi sahələrində Azərbaycanla əməkdaşlığa maraq göstərir.

Trend-in məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Bakıda brifinqdə deyib.

Onun sözlərinə görə, Aİ və Azərbaycanın münasibətlərin inkişafında ümumi maraqları var: "Məqsədimiz geniş və hərtərəfli əməkdaşlığa nail olmaqdan ibarətdir. Münasibətlərdə hələ də bəzi çətinliklər var, lakin hazırda siyasi və iqtisadi əməkdaşlığın eyni vaxtda inkişafının zəruriliyini anlamağa daha yaxınıq".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə öz növbəsində, ölkənin tezliklə Aİ ilə modernləşdirilmiş strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasında maraqlı olduğunu diqqətə çatdırıb: "Bu məsələ danışıqlarımızın gündəliyində idi. Azərbaycan Moqerinini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə ətraflı məlumatlandırıb və Avropa İttifaqını sülhün əldə edilməsi prosesinin tezləşdirilməsinə yardım etməyə çağırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti