...

AŞ PA prezidenti: Azərbaycan Avropa ilə əlaqələrini yaxşılaşdırmağa imkan verəcək dönüş mərhələsindədir

Siyasət Materials 2 Mart 2016 13:33 (UTC +04:00)
Azərbaycan Avropa və Avropa Şurası ilə əlaqələrini yaxşılaşdırmağa imkan verəcək dönüş mərhələsindədir.
AŞ PA prezidenti: Azərbaycan Avropa ilə əlaqələrini yaxşılaşdırmağa imkan verəcək dönüş mərhələsindədir

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan Avropa və Avropa Şurası ilə əlaqələrini yaxşılaşdırmağa imkan verəcək dönüş mərhələsindədir. Trend-in məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramuntun Azərbaycana iki günlük rəsmi səfərinin nəticələri üzrə bəyanatında deyilir. Bəyanat AŞ PA-nın saytında yerləşdirilib.

AŞ PA prezidenti qeyd edib ki, səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər keçirib: "Mən qanunun aliliyi və insan haqları barədə bir sıra məsələlər üzrə yüksək vəzifəli həmsöhbətlərimlə açıq müzakirələrdən ruhlandım. Mən QHT-lərlə əlaqəli bu yaxınlarda qəbul edilmiş qanunvericilik baxımından vətəndaş cəmiyyəti nümayəndələrinin üzləşdiyi bəzi problemləri ali rəhbərliklə müzakirə etmək, bu yaxınlarda baş tutmuş parlament seçkiləri ilə bağlı bəzi məsələlərə baxmaq, Avropa Şurasının Venesiya Komissiyası ilə daha fəal əməkdaşlıq etmək imkanı əldə etdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti