...

Gürcüstan XİN rəhbəri Azərbaycana gəlir

Siyasət Materials 5 Mart 2016 12:32 (UTC +04:00)
Gürcüstan XİN rəhbəri Mixail Canelidze martın 6-da Azərbaycana rəsmi səfərə gəlir.
Gürcüstan XİN rəhbəri Azərbaycana gəlir

Bakı. Trend:

Gürcüstan XİN rəhbəri Mixail Canelidze martın 6-da Azərbaycana rəsmi səfərə gəlir. Bunu Trend-ə diplomatik mənbə deyib.

O, martın 7-də ölkənin rəsmi şəxsləri ilə danışıqlar aparcaq, danışıqlar zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Danışıqlarda, həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti