...

Prezident İlham Əliyev "Qazprom"un İdarə heyətinin sədrini qəbul edib

Siyasət Materials 8 Mart 2016 17:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Federasiyasının “Qazprom” Şirkətinin İdarə heyətinin sədri Viktor Zubkovu qəbul edib.
Prezident İlham Əliyev "Qazprom"un İdarə heyətinin sədrini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Federasiyasının "Qazprom" Şirkətinin İdarə heyətinin sədri Viktor Zubkovu qəbul edib.

"Qazprom" Şirkətinin İdarə heyətinin sədri Viktor Zubkov Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, münasibətlərimizin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də "Qazprom" arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Görüşdə, həmçinin Rusiya Federasiyasının "Qazprom" Şirkətinin İdarə heyətinin sədri Viktor Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti