...

Tarya Halonen: Qlobal Bakı Forumu fikir mübadiləsi üçün yaxşı fürsətdir

Siyasət Materials 10 Mart 2016 18:35 (UTC +04:00)
IV Qlobal Bakı Forumu fikir mübadiləsi üçün yaxşı fürsətdir.
Tarya Halonen: Qlobal Bakı Forumu fikir mübadiləsi üçün yaxşı fürsətdir

Bakı. Anaxanım Hidayətova - Trend:

IV Qlobal Bakı Forumu fikir mübadiləsi üçün yaxşı fürsətdir. Bunu Trend-ə Finlandiyanın sabiq Prezidenti Tarya Halonen deyib.

O, bütün dörd forumda iştirak etdiyini xatırladıb: "Bu il foruma daha çox lider cəlb edilib və onlar müasir çağırışları müzakirə edirlər. Forum müxtəlif məsələlər üzrə fikir mübadiləsi üçün yaxşı imkan yaradır".

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edib, habelə videomüraciətlər nümayiş etdirilib.

Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti