...

Avropa İttifaqının ali nümayəndəsi Azərbaycanda əfv sərəncamını alqışlayır

Siyasət Materials 18 Mart 2016 01:48 (UTC +04:00)
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 148 nəfərin əfv olunması haqqında sərəncamı alqışlayıb.
Avropa İttifaqının ali nümayəndəsi Azərbaycanda əfv sərəncamını alqışlayır

Bakı. Trend:

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 148 nəfərin əfv olunması haqqında sərəncamı alqışlayıb. Trend-in məlumatına görə, bu barədə Aİ-nın saytında yerləşdirilmiş ali nümayəndənin bəyanatında deyilir.

"Bu gün Azərbaycan Prezidenti siyasi partiyaların təmsilçiləri, QHT nümayəndələri və jurnalistlər daxil olmaqla, 148 nəfəri əfv etdi ki, onlar Novruz bayramını qeyd etsinlər", - deyə Mogerininin bəyanatında qeyd olunur.

Martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.

Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti