...

Uorlik: Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda görüşü olmayacaq

Siyasət Materials 29 Mart 2016 11:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyanla Vaşinqtonda görüşü olmayacaq
Uorlik: Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda görüşü olmayacaq

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyanla Vaşinqtonda görüşü olmayacaq. Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Diplomat bildirib: "Vaşinqtonda görüşün keçirilməsi üzrə heç bir plan yoxdur. Buna baxmayaraq, cari ildə dövlət başçıları arasında aktiv dialoqa kömək etməyə hazırıq".

C.Uorlikin sözlərinə görə, o və Minsk qrupunun digər həmsədrləri tərəflərlə görüş keçirməyi planlaşdırır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hadisəni müzakirə etsin.

Qeyd edək ki, 31 mart-1 aprel tarixində nüvə təhlükəsizliyi üzrə sammit keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti