...

90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilər təyin edildi

Siyasət Materials 12 Aprel 2016 18:28 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti