Prezident İlham Əliyev: Ermənilərin Ordumuza gücü çatmır, mülki əhalini atəşə tuturlar (FOTO)

Prezident İlham Əliyev: Ermənilərin Ordumuza gücü çatmır, mülki əhalini atəşə tuturlar (FOTO)

Bakı. Trend:

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxdılar.

Tərtər sakini Mübariz Həsənovun evi də düşmən tərəfindən yararsız vəziyyətə salınıb. Dövlətimizin başçısına məlumat verildi ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.

Ev sahibi Mübariz Həsənov deyib: "Aprelin 27-dən 28-nə keçən gecə saat 2 radələrində birinci mərmi 6 nömrəli məktəbin həyətinə düşdü. Həmin vaxt mən evdə idim. Mən barının arxasına keçdim ki, qəlpə dəyməsin. Sonra gördüm qumbara düşdü. Mən yola çıxdım, ondan sonra da ikinci mərmi bizim evə düşdü".

Prezident İlham Əliyev bildirib: "Bütün lazımi tədbirlər görülür, hamısı gərək aktlaşdırılsın, sənədləşdirilsin, evin şəkli, videosu çəkilsin, dəymiş ziyan müəyyənləşdirilsin. Sonra biz onları məhkəməyə verəcəyik. Azərbaycan dövləti kömək edəcək, vəsait ayıracağıq. Bütün bu evlər bərpa olunmalıdır".

Xasay İbrahimova məxsus ev də erməni silahlı birləşmələrinin iriçaplı silahlardan, "Qrad" qurğusu, top və tanklardan istifadə etməklə açdıqları atəşlər nəticəsində dağıdılıb.

Prezident İlham Əliyev: "Bütün evlər bərpa olunacaq. İndi icra hakimiyyətinin nəyə gücü çatırsa etsin, çatmırsa onda hökumətdən vəsait ayrılacaq. Aktlaşmadan sonra biz dərhal işə başlamalıyıq".

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: "Cənab Prezident, şəhərdəki çoxmənzilli binaların hamısının zirzəmiləri təmizlənib, su, işıq, telefon xətləri çəkilib. Vətəndaşlar istifadə edirlər".

Evin sahibəsi: "Ermənilər elə bilirdilər ki, bizim iradəmizi qıracaqlar. Bir qarış da torpaq verməyəcəyik. Güclü Ordumuz, igid oğlanlarımız var".

Prezident İlham Əliyev: "Bəli. Keçən ayın əvvəlində Ordumuz gücünü göstərdi".

Evin sahibəsi: "Siz sağ olun. Ev düzələcək. Əsas odur ki, insanlara heç nə olmasın".

Rasim Bayramova məxsus ev də ermənilərin cəbhəboyu bütün istiqamətlərdən iriçaplı silahlardan Azərbaycanın yaşayış məntəqələrini şiddətli atəşə məruz qoyması nəticəsində bərbad vəziyyətə düşüb.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəldilər. Məlumat verildi ki, düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.

Dövlətimizin başçısı və xanımı artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində oldular.

Prezident İlham Əliyev: "Salam, necəsiniz?"

Abbas Abbasov: "Çox sağ olun, cənab Prezident, əla".

Prezident İlham Əliyev: "Bura təmas xəttinə ən yaxın olan yerdir".

Abbas Abbasov: "Bəli, ən yaxın məsafədir".

Prezident İlham Əliyev: "Narahat olmayın, bunların hamısı bərpa ediləcək. Lazımi vəsait ayrılacaq, kömək göstəriləcək. Dəymiş bütün ziyan aradan qaldırılacaq. Narahat olmayın, burada möhkəm yaşayın, yaradın, qurun. Bura Vətənimizdir, Azərbaycan torpağıdır".

Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər sakinləri ilə görüşdülər.

Sakinlər: "Cənab Prezident, xoş gəlmisiniz. Tərtərdə Sizi qarşılamaq bizim üçün çox xoşdur. Allah Sizdən razı olsun. Allah Sizi qorusun".

Prezident İlham Əliyev: "Sağ olun. Gəlmişəm sizi görüm, bu ağır günlərdə sizinlə bərabər olum, öz hörmətimi, məhəbbətimi ifadə edim. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, təmas xəttinə 200 metr məsafə var. Siz öz torpağınızda, Azərbaycan torpağında yaşayırsınız, özü də möhkəm yaşayırsınız".

Sakin: "Sizə arxalanıb yaşayırıq, cənab Prezident".

Prezident İlham Əliyev: "Biz sizinlə fəxr edirik".

Sakinlər: "Çox sağ olun. Biz də Sizinlə fəxr edirik. Allah Sizi, övladlarınızı qorusun! Biz Sizi dəstəkləyirik, Sizin arxanızdayıq. Sizə, Ordumuza, Ulu Öndərimizin qoyub getdiyi müstəqil Azərbaycana, dövlətimizə, dövlətçiliyimizə güvənirik".

Prezident İlham Əliyev: "Sizin kimi insanlar xalqımızın qürur mənbəyidir. Bax, siz burada, ən çətin, ən təhlükəli yerdə yaşayırsınız, qurursunuz, yaradırsınız. Dəymiş bütün ziyan aradan götürüləcək, vəsait ayrılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti güclü dövlətdir, sizin arxanızdadır. Dağılmış bütün evlər bərpa olunacaq, hər şey yenidən düzələcək. Siz möhkəm olun".

Sakin: "Cənab Prezident, biz möhkəmik. Biz əsgərlərimizin arxasındayıq, Sizə, böyük Ordumuza güvənirik, arxalanırıq. Yaxşı ki, varsınız. Xanımınız da sağ olsun, Siz də. Çox sağ olun, minnətdarıq".

Prezident İlham Əliyev: "Ordumuz döyüş meydanında öz gücünü göstərdi. Ancaq görün indi ermənilər nə edirlər, mülki əhaliyə atəş açırlar. Ordumuza gücü çatmır, sizi atəşə tuturlar".

Sakin: "Heç bizə də gücü çatmır".

Prezident İlham Əliyev: "Əlbəttə, sizə də gücü çatmır".

Sakin: "Biz qadınlar da döyüşə getməyə hazırıq. Qorxmuruq, yaşayacağıq, evimizdən də çıxmayacağıq. Təkcə bu torpaqlarda yox, Allah qoysa, o torpaqları alıb gedib orada da, Şuşada da yaşayacağıq. Biz Sizə, Mehriban xanıma güvənirik".

Prezident İlham Əliyev: "Sağ olun".

Sonra xatirə şəkli çəkdirildi.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Səhiyyə Nazirliyi hamilə qadınların vaksinasiyası məsələsinə aydınlıq gətirdi
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır
Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir
İşçilərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları (VİDEOÇARX)
Pambıq sexində iş qəzasına səbəb olan direktor və digər şəxslərin məhkəməsi başlayır
Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Milli Məclisdə yüksək bal toplamış tələbələrlə görüş olub (FOTO)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub (FOTO)
Azərbaycan-Xorvatiya Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
Bütün xəbərlər