...

Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü nümayiş etdirdi

Siyasət Materials 9 May 2016 22:47 (UTC +04:00)
“Bildiyiniz kimi, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində Ordumuz uğurla əks-hücum əməliyyatı keçirmişdir.
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü nümayiş etdirdi

Bakı. Trend:

"Bildiyiniz kimi, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində Ordumuz uğurla əks-hücum əməliyyatı keçirmişdir. İşğal olunmuş torpaqlarımızın bir hissəsi əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmiş, təmas xəttindəki mövqelərimiz daha da möhkəmlənmişdir. Bu gözəl tarixi və parlaq qələbə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Bunu Prezident İlham Əliyev Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.

İlham Əliyev vurğulayıb ki, aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir: "Bilirəm ki, döyüşçülərimizin qarşısında həmişə veteranlarımızın obrazı, Böyük Vətən müharibəsi veteranlarının nümunəsi dayanır. Bu gün veteranlarla söhbət əsnasında onlar mənə deyirlər ki, əgər lazım olarsa, biz onların imkanlarından da müharibə zonasında istifadə edə bilərik. Yəni, öz yaşlarına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində onlar bu gün öz rolunu oynamağa hazırdırlar".

Xəbər lenti

Xəbər lenti