...

AŞ PA Azərbaycanda keçiriləcək təkrar seçkilərə müşahidəçilər göndərəcək

Siyasət Materials 26 May 2016 20:10 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda keçiriləcək təkrar seçkilərə müşahidəçilər göndərəcək.
AŞ PA Azərbaycanda keçiriləcək təkrar seçkilərə müşahidəçilər göndərəcək

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda keçiriləcək təkrar seçkilərə müşahidəçilər göndərəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Twitter-dəki səhifəsində yazıb.

O qeyd edib ki, AŞ PA-nın Tallində keçirilən Büro iclasında Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkiləri müşahidə etmək üçün nümayəndələrin göndərilməsi barədə qərar qəbul edilib. Büro məsələ ilə bağlı təklifi yekdilliklə qəbul edib".

Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər gələn ayın 18-nə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti