...

Həsən Ruhani: İran və Azərbaycan arasındakı dostluq münasibətləri daha da genişlənəcək

Siyasət Materials 31 May 2016 18:05 (UTC +04:00)
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Həsən Ruhani: İran və Azərbaycan arasındakı dostluq münasibətləri daha da genişlənəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dost və qardaş Azərbaycan Respublikasının dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, xalqlarımızın müştərək marağını nəzərə alaraq, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri bundan sonra da xalqlarımızın qarşılıqlı mənafeyi çərçivəsində ikitərəfli, regional və beynəlxalq səviyyədə daha da genişlənəcəkdir.

Allah-Taaladan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə xoş günlər və başucalığı arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti