Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə hələlik dəqiq məlumat yoxdur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.
N.Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə işləyirlər: "Düşünürəm ki, onlar bu məsələnin öhdəsindən gəlib görüşü təşkil edəcəklər. Görüşün təşkil edilməsi lazımdır".