...

Bakıda Türkiyənin Baş nazirinin rəsmi qarşılanma mərasimi olub (FOTO(

Siyasət Materials 3 İyun 2016 14:18 (UTC +04:00)
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub.
Bakıda Türkiyənin Baş nazirinin rəsmi qarşılanma mərasimi olub (FOTO(

Bakı. Trend:

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verdi.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Baş nazir Binəli Yıldırım Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Binəli Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Binəli Yıldırımın qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Binəli Yıldırım və xanımı Semiha Yıldırım rəsmi foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti