...

Millət vəkili fransalı nazirlə görüşdə köçkün qadınlardan danışıb

Siyasət Materials 16 İyun 2016 10:06 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayevanın Fransanın Ailə, Uşaq və Qadın Haqları naziri Laurence Rossignol ilə görüşündə Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmnunluqla qeyd edilib.
Millət vəkili fransalı nazirlə görüşdə köçkün qadınlardan danışıb

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayevanın Fransanın Ailə, Uşaq və Qadın Haqları naziri Laurence Rossignol ilə görüşündə Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmnunluqla qeyd edilib.

Trend-ə verilən məlumata görə, görüş zamanı Q.Paşayeva xanım nazirə Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində görülən işlər barədə məlumatlar verib. Millət vəkili Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkün qadınlar barədə də danışıb. Q.Paşayeva Fransanın Ailə, Uşaq və Qadın haqları naziri Laurence Rossignola Azərbaycan həqiqətlərinə dair kitab və materiallar da təqdim edib. Azərbaycanla əməkdaşlığa önəm verdiklərini deyən Fransanın Ailə, Uşaq və Qadın haqları naziri Laurence Rossignol əməkdaşlığın daha da genişlənməsini vacib saydığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti