...

Əli Həsənov: "Bütün sahələr, o cümlədən QHT və media şəffaflıq tələb edir"

Siyasət Materials 16 İyun 2016 13:50 (UTC +04:00)
"Nazir mənə zəng vurub deyir ki, bir qəzet məni təhdid edir, şər-böhtan yazır, mən deyirəm ki, get məhkəməyə ver".
Əli Həsənov: "Bütün sahələr, o cümlədən QHT və media şəffaflıq tələb edir"

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

"Bilirsiniz ki, Prezident İlham Əliyev bu yaxınlarda özəl sahibkarlıq subyektlərində vergi yoxlamaları istisna olmaqla, 2 il müddətində bütün yoxlamaları qadağan etdi, amma bəziləri qeyri-hökumət təşkilatı adından müəssisələrə gedib yanğın təhlükəsizliyindən tutmuş, istehlakçıların müdafiəsinə qədər qanunsuz yoxlama aparmağa cəhd edir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Milli Məclisdə keçirilən "18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü"nə həsr olunmuş dinləmələrdə deyib.

Ə.Həsənov bildirib ki, bütün sahələr, o cümlədən QHT və media şəffaflıq tələb edir: "Bu gün reketçiliklə məşğul olan jurnalistlər də az deyil. Nazir mənə zəng vurub deyir ki, bir qəzet məni təhdid edir, şər-böhtan yazır, mən deyirəm ki, get məhkəməyə ver. Biz də öyrənirik ki, həmin jurnalistin üzərində 15 məhkəmə işi var, ancaq öz bildiyini edir. Belə hallar yolverilməzidir".

Ə.Həsənov vurğulayıb ki, QHT və KİV-in hər birinin öz hüquqları və vəzifələri var və onlar şəffaf müzakirə mühiti yaratmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti